Nazarbayev Paşinyanı saymadı, Koçaryana məktub göndərdi

 Nazarbayev Paşinyanı saymadı, Koçaryana məktub göndərdi
  15 Aprel 2019    Oxunub:2818
Qazaxıstan Respublikasının ilk prezidenti, qazax xalqının lideri Nursultan Nazarbayev Ermənistanın baş naziri Nikol Paşinyana qarşı saymazlıq edərək, bu ölkənin həbsdə olan ikinci prezidenti Robert Koçaryana məktub göndərib, onu Qazaxıstanda gedən daxili-siyasi proseslər və dəyişikliklər barədə məlumatlandırıb.
Azvision.az xəbər verir ki, bu barədə Koçaryanın ofisinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, məktubda Nazarbayev Koçaryanın prezidentliyi dövründə onunla birgə işlədikləri illəri sevgi və səmimiyyətlə xatırladığını vurğulayıb. Həmçinin ümid edib ki, Koçaryanla bundan sonrakı şəxsi əlaqələri davam edəcək.

Bu xəbər Ermənistan ictimaiyyətində, xüsusən də, siyasi dairələrində xoş qarşılanmayıb. Erməni ekspertlərə görə, Qazaxıstan liderinin hazırda ölkəsində baş verənlərlə bağlı Ermənistanda real hakimiyyət sahibini deyil, həbsdəki sabiq prezidenti məlumatlandırması Paşinyana qarşı birbaşa təhqirdir. Bu, onu göstərir ki, Paşinyan öz pozucu qərarları ilə KTMT və Avrasiya İqtisadi İttifaqındakı hərbi-siyasi və iqtisadi müttəfiqlərinin güvənini hələ də qazana bilməyib. Onların fikrincə, Nazarbayevin Koçaryana məktubu həm də Paşinyanın bir siyasətçi kimi avtoritetinin olmadığını sübut edir.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Ermənistan   KTMT   Qazaxıstan  





Xəbər lenti