İsmayıllıdakı qəzada 3 nəfər ölüb

   İsmayıllıdakı qəzada 3 nəfər ölüb
  15 Aprel 2019    Oxunub:1540
Aprelin 13-də saat 20 radələrində İsmayıllı rayonunun Əhən kəndi ərazisində Abşeron rayon sakini Ramin Allahverdiyev idarə etdiyi “BMW” markalı avtomobili aşırıb.
DİN-in Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, nəticədə R.Allahverdiyev, sərnişinlərindən İsa Əliyev və Oğuz rayon sakini Kənan Kərimov hadisə yerində ölüb, daha bir sərnişini isə xəstəxanaya yerləşdirilib. İsmayıllı RPŞ tərəfindən araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN   Qəza  





Xəbər lenti