Kompensasiya ala bilməyənlərin şikayətinə baxılacaq - Siyahı artıq hazırdır

  15 Aprel 2019    Oxunub : 3869
 Kompensasiya ala bilməyənlərin şikayətinə baxılacaq - Siyahı artıq hazırdır
Problemli kreditlər üzrə kompensasiya alacaq bütün vətəndaşların siyahısı hazırdır.

Maliyyə Bazarlarına Nəzarət Palatasının mətbuat xidmətinin rəhbəri Elşən Allahverdiyev Azvision.az -a bildirib ki, siyahı artıq bazada yerləşdirilib.
Qurum rəsmisinin sözlərinə görə, adı siyahıda olmayan və kompensasiya ala biləməyəcək şəxslər apellyasiya şikayəti verə bilərlər. Onların da şikayətlərinə baxılacaq.

Qeyd edək ki, məlumatın toplanması ilə əlaqədar bəzi vətəndaşlar təzminatın məbləğini müəyyən edə bilmirdi. Bu gündən etibarən fiziki şəxslər təkcə təzminat barədə deyil, həmçinin onlar kreditlərinin restrukturizasiyası barədə məlumat ala biləcəklər. Problemli kreditlər barədə məlumatlar müştərilərin kredit götürdüyü banklara ötürüləcək.

Aytən Zəhra
Azvision.az

Teqlər: Bank   Kredit