ABŞ-da quş 75 yaşlı kişini öldürüb

  15 Aprel 2019    Oxunub : 595
ABŞ-da quş 75 yaşlı kişini öldürüb
ABŞ-ın Florida ştatında kazuar quşu 75 yaşlı kişini öldürüb.
Azvision.az “BBC”yə istinadən xəbər verir ki, hadisə yerinə gələn polislər Marvin Hayosu ağır vəziyyətdə tapıblar və dərhal xəstəxanaya yerləşdiriblər. Lakin kişi aldığı zədələrdən xəstəxanada keçinib.

Polisin ehtimalına görə, Marvin evinin həyətində gəzərkən ayağı ilişib və yıxılıb. Daha sonra saxladığı kazuar ekzotik quşu ona hücum edib.

Kazuar 45 kiloqramdan çox çəkiyə malik olmaqla dünyanın ən ağır və iri quşlarındandır. İri caynaqlı quş saatda 50 kilometr sürətlə qaça bilir və görünüşünə görə onu “dinozavr quşu” da adlandırırlar.




Leyla Elbrusqızı
Azvision.az

Teqlər: Kazuar   ABŞ