Zelenski Poroşenko ilə debatdan qaçdı - VİDEO

Zelenski Poroşenko ilə debatdan qaçdı -  VİDEO
  14 Aprel 2019    Oxunub:5942
Ukraynada prezidentliyə namizəd, şoumen Vladimir Zelenski ölkənin hazırki rəhbəri Pyotr Poroşenko ilə debata çıxmaqdan imtina edib.

Azvision.az xəbər verir ki, Zelenski Kiyevin "Olimpiya" stadionunda təşkil olunan debatdan son anda boyun qaçırıb.
Şoumen Poroşenko tərəfindən ona qarşı təxribatın hazırlandığını iddia edərək, debatdan qaçmasını bununla əsaslandırıb.

Zelenskidən fərqli olaraq Poroşenko yüzlərlə insanın qarşısına çıxıb və vətəndaşları maraqlandıran sualları cavablandırıb.



Qeyd edək ki, Ukrayna MSK-nin nəticələrinə əsasən, 31 martda keçirilən prezident seçkilərinin birinci turunda Vladimir Zelenski 30,24% səslə lider olub. Ölkənin hazırkı prezidenti Pyotr Poroşenko isə cəmi 15,95% səsi yığa bilib. Ukraynada prezident seçkilərinin ikinci turu aprelin 21-də keçiriləcək.

Azvision.az


Teqlər: Ukrayna   Poroşenko   Zelenski  





Xəbər lenti