Bu il 18 qatar əsaslı təmir olunacaq

 Bu il 18 qatar əsaslı təmir olunacaq
  13 Aprel 2019    Oxunub:2841
"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti metro qatarlarının təmir müddətini açıqlayıb.
Azvision.az -ın məlumatına görə, qurumun Depolar üzrə iş Departamentinin rəisi Faiq Əhmədov bildirib ki, metro qatarları təmir ediləndən sonra 480 min kilometr hərəkət edə bilir:

"Bu prosesdə 30 min kilometr fərq ola bilər. Yəni 480 min kilometrdən sonra qatar 30 min kilometr hərəkət edə bilər. Qatarlar hərəkətdə olduğu müddətdə vaqonların cari təmir edilməsi eyni zamanda qatarın hərəkət tempinə də müsbət təsri göstərir. Bundan başqa, bu il 18 qatar əsaslı təmir olunacaq".

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Metro   Qatar  





Xəbər lenti