Zərdab sakini qaçırdığı maşınla qəza törətdi

 Zərdab sakini qaçırdığı maşınla qəza törətdi
  12 Aprel 2019    Oxunub:2490
Aprelin 9-da saat 2 radələrində Səbail rayonunun Ü.Hacıbəyov küçəsindən Bakı şəhər sakini A.Qəhrəmanovun “Mercedes” markalı avtomobili qaçırılıb.
Daxili İşlər Nazirliyi Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, Səbail RPİ 39-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobilin Zərdab rayon sakini M.Bəkirli tərəfindən qaçırılması və həmin gün saat 5 radələrində Q.Qarayev prospektində idarə edilərkən Bakı şəhər sakini G.Ağazadənin idarə etdiyi “Hyundai” markalı avtomobillə toqquşması müəyyən edilib.

G.Ağazadəyə xəstəxanada ilkin tibbi yardım göstərilib. M.Bəkirli 39-cu Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

Azvision.az


Teqlər: DİN   Qəza  





Xəbər lenti