Koçaryanın şikayəti yenə rədd edildi

 Koçaryanın şikayəti yenə rədd edildi
  12 Aprel 2019    Oxunub:1750
İrəvan Ümumi Yurisdiksiya Məhkəməsi Ermənistanın həbsdə olan ikinci prezidenti Robert Koçaryanın ona qarşı başladılan cinayət təqibinin dayandırılması barədə şikayətini təmin etməyib.

Azvision.az erməni KİV-nə istinadən xəbər verir ki, bu barədə Koçaryanın vəkilləri bildirib.
Onların sözlərinə görə, məhkəmə sabiq prezidentin toxunulmazlıq hüququna məhəl qoymadan Koçaryanın hətta zaminə buraxılmasına da icazə verməyib.

Qeyd edək ki, 2008-ci ilin martın 1-də ölkədə keçirilən etiraz aksiyalarının dağıdılması zamanı 10 nəfərin ölümü və Ermənistanın konstitusiya quruluşunu devirmək cəhdi ilə əlaqədar açılan cinayət işi çərçivəsində ittiham olunan Koçaryan 2018-ci ilin 7 dekabrından həbsdədir. Bu ilin 18 yanvarında isə məhkəmə Ermənistan Xüsusi İstintaq Xidmətinin şikayətini təmin edərək Koçaryan barəsində həbs qətimkan tədbirini 2 ay müddətinə uzatmışdı. 15 martda isə Koçaryanın həbs müddəti daha 2 ay uzadılıb.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Ermənistan   Koçaryan  





Xəbər lenti