ANAMA Gəncədə mina aşkar edib
Qurumun mütəxəssisləri və Kəpəz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən ərazidə çay sahilinə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd piyada əleyhinə mina (OZM-72) aşkar olunub, zərərsizləşdirilməsi üçün qurumun mərkəzi məhvetmə ərazisinə aparılıb.
Piyada əleyhinə minanın ətrafında 200 kvadratmetr əraziyə yerüstü, 100 kvadratmetr əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.
Azvision.az