Bakı şəhər sakininə məxsus avtomobildən pnevmatik tapança aşkar edilərək götürülüb.
DİN-in Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında Bakı şəhər sakini S.Əbilova məxsus “Mercedes” markalı avtomobildə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oradan pnevmatik tapança aşkar edilərək götürülüb.