Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüş vaxtı dəqiqləşdi
“Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması prosesi çərçivəsində baş tutan hər bir görüşün vaxtı və məkanı barədə tərəflər razılaşdırılmış əsasda məlumat verirlər. Bu mənada bildirmək istəyirəm ki, Ermənistan və Azərbaycan XİN rəhbərlərinin növbəti görüşü aprelin 15-də Moskvada keçiriləcək. Bu dəfəki görüşdə həmçinin, ATƏT-in Minsk qrupunun həmsədr ölkəsinin xarici işlər naziri kimi Rusiya XİN rəhbəri Sergey Lavrov da iştirak edəcək” – Naqdalyan vurğulayıb.
Leyla Elbrusqızı
Azvision.az
Teqlər: Məmmədyarov