Hindistanda tunel çöküb, azı 10 nəfər ölüb

Hindistanda tunel çöküb, azı 10 nəfər ölüb
  10 Aprel 2019    Oxunub:1658
Hindistanın Narayanpet şəhərinin Marikal rayonunda tikilməkdə olan tunelin ərazisində baş verən uçqun nəticəsində azı 10 nəfər ölüb, biri isə xəsarət alıb.Yaralı şəxs xəstəxanaya yerləşdirilib.
Azvision.az xəbər verir ki, bu barədə “Zee News” telekanalı yerli polis rəisinə istinadən məlumat yayıb. Onun sözlərinə görə, ölənlərin hamısı tunelin tikintisində iştirak edən inşaatçılar olub.

Dağıntılar altında insanların qaldığı istisna edilmir. Hazırda hadisə yerinə çoxsaylı xilasedicilər və təcili tibbi yardım maşınları cəlb olunub.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Hindistan  





Xəbər lenti