MüxİBTİDAİfət - KARİKATURA

   MüxİBTİDAİfət  -    KARİKATURA
  10 Aprel 2019    Oxunub:8738
Artıq bir neçə həftədir ki, Azərbaycanda siyasi prosesləri izləyənlər müxalifətin daxilində gedən didişmələri maraqla seyr edirlər. Xüsusilə də Real və AXCP bir-birlərini sosial şəbəkədə virtual şəkildə daşa basmaqla məşğuldurlar. Eynilə neandertalların və ilk homo sapienslərin etdiyi kimi.
Bu davranış bir daha göstərir ki, ölkədəki oppozisiyaya “müxAİLfət” adı yaraşmır, özlərini ibtidai insanlar kimi aparan bu dəstələrə “müxİBTİDAİfət” demək daha doğru olardı.

Amma hər halda, bir şey heç cür anlaşılmır: Bunlar nəyin davasını edirlər? Bölüşdürə bilmədikləri malları nədir? Mübarizələri nəyin uğrunda gedir?

Normal ölkələrdə müxalifətlər iqtidar olmaq uğrunda mübarizə aparırlar, bizdə isə “əsl müxalifət” olduqlarını təsdiqləmək uğrunda bir-birini şapalaqlayırlar.
Şapalaqlayanlardan birinin sevimli sözü ilə desək, “multfilimdir”. Həqiqətən də, multfilm.


Teqlər: Real   AXCP  





Xəbər lenti