Səudiyyə “Ərəb NATO-su” yolunda ilk addımı atdı

 Səudiyyə “Ərəb NATO-su” yolunda ilk addımı atdı
  10 Aprel 2019    Oxunub:2164
Səudiyyə Ərəbistanı Vaşinqtonun istəyi ilə “Ərəb NATO-su”nun yaradılması istiqamətində ilk addımları atmağa başlayıb.

Azvision.az xəbər verir ki, Səudiyyənin rəsmi dövlət agentliyi aprelin 8-də paytaxt Ər-Riyadda “Strateji Yaxın Şərq Paktı”nın hazırlıq işlərinə başlamaq üçün ABŞ və ərəb ölkələri arasında ilk iclasın keçirildiyini açıqlayıb.
Ər-Riyaddakı iclasda ABŞ, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Bəhreyn, Küveyt, Oman, İordaniya və Qətərin yüksək səviyyəli rəsmilərinin iştirak etdiyi bildirilir. Lakin onların adları və vəzifələri məxfi saxlanılıb.

Qeyd olunub ki, həmin iclas regionda və dünyada sabitlik və təhlükəsizliyin gücləndirilməsini hədəfləyən paktın yaradılması istiqamətində atılan addımdır.

Həmçinin vurğulanıb ki, “Ərəb NATO-su” kimi tanınan “Strateji Yaxın Şərq Paktı” 2017-ci ilin avqustunda ABŞ prezidenti Donald Trampın Səudiyyəyə səfəri zamanı keçirilən Ərəb-ABŞ zirvə görüşünün nəticələrindən biridir və onun həyata keçirilməsi yolunda konkret addımların atılmasına başlanılıb.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Səudiyyə   ƏrəbNATO-su   ABŞ  





Xəbər lenti