Ərdoğanla Baxçalı arasında kritik görüş

 Ərdoğanla Baxçalı arasında kritik görüş
  10 Aprel 2019    Oxunub:1997
Türkiyə preizdenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının (AKP) İstanbulda yenidən seçki keçirmək tələbi fonunda bu gün Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı ilə görüşəcək.
Azvision.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə prezidentinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, görüş yerli vaxtla saat 12:00-da prezident iqamətgahında baş tutacaq.

Qeyd edək ki, ötən gün Baxçalı AKP-nin təkrar seçki tələbini dəstəklədiklərini bəyan edib.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Türkiyə   Seçki   İsrtanbul   AKP   MHP  





Xəbər lenti