Rakkada partlayış – 10 ölü

Rakkada partlayış –    10 ölü
  09 Aprel 2019    Oxunub:1807
Suriyanın Rakka şəhərində minalanmış iki avtomobilin partlayaraq havaya uçması nəticəsində azı 10 nəfər həyatını itirib.
Azvision.az xəbər verir ki, bu barədə “Hawar” agentliyi Rakka şəhər xəstəxanasındakı mənbəsinə istinadən məlumat yayıb. Ölənlərin sırasında uşaq və qadınların da olduğu bildirilir.

Xatırladaq ki, Rakka şəhəri İŞİD terrorçularından azad olunduqdan sonra ABŞ-ın başçılığı altındakı koalisiya qüvvələrinin dəstəklədiyi və əsasən, kürd silahlılarından ibarət Suriya Demokratik Qüvvələrinin nəzarətindədir.


Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Rakka   Suriya   ABŞ  





Xəbər lenti