Axtarışda olan oğurluğa görə tutuldu

Axtarışda olan oğurluğa görə tutuldu
  09 Aprel 2019    Oxunub:1812
Binəqədi RPİ-nin 6-cı Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini İ.Kərimov aprelin 3-nə keçən gecə Biləcəri qəsəbəsi ərazisindəki mağazasından təmir-tikinti alətləri və məişət əşyalarının oğurlandığını bildirib.
DİN Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, müraciətlə əlaqədar müvafiq araşdırmalar aparılmışdır. Qısa müddətdə cinayət əməlini törədən şəxsin Zərdab rayonu ərazisində olduğu müəyyən edilib.

6-cı Polis Bölməsi və Zərdab Rayon Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Zərdab rayon sakini D.Kərimli rayon ərazisində saxlanılıb.

Onun Cinayət Məcəlləsinin 263-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə axtarışda olması da müəyyən edilib.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti