İran ABŞ ordusunu terrorçular siyahısına salır

   İran ABŞ ordusunu terrorçular siyahısına salır
  08 Aprel 2019    Oxunub:2348
İranın Xarici İşlər Nazirliyi (XİN) ölkə prezidenti Həsən Ruhaniyə ABŞ Silahlı Qüvvələrinin Yaxış Şərqdəki komandanlığının terror təşkilatları siyahısına salınmasını təklif edib.

Azvision.az xəbər verir ki, bu barədə İran XİN-in yaydığı məlumatda bildirilib.
“İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif İranın Milli Təhlükəsizlik Ali Şurasının rəhbəri Həsən Ruhaniyə ünvanladığı məktubda ölkəmizin Milli Təhlükəsizlik Ali Şurasına təklif edib ki, ABŞ-ın Yaxış Şərqdəki “CENTCOM” adı ilə tanınan Silahlı Qüvvələrini terror təşkilatarı siyahısına salsın”, - deyə məlumatda vurğulanıb.

Qeyd edək ki, bundan əvvəl Vaşinqtonun İranın İnqilab Keşikçiləri Korpusunu ABŞ-ın terror qruplaşmaları siyahısına salacağı məlum olub. ABŞ prezidenti Donald Trampın milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Con Bolton bəyan edib ki, bu addımla Vaşinqton İrandakı rejimə maksimum təzyiq edilməsinə sadiq olduğunu nümayiş etdirir.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: İran   ABŞ  





Xəbər lenti