Bakıda Elmi Forum keçiriləcək

Bakıda Elmi Forum keçiriləcək
  08 Aprel 2019    Oxunub:3033
Azərbaycan Elm Assosiasiyası 2019-cu ilin 13 və 14 aprel tarixlərində sayca 2-ci olan Multidissiplinar Elmi Forum (MEF 2019) təşkil edəcək.
Forum həm dəqiq, həm də humanitar elm sahələrini əhatə edəcək. Aprelin 13-də və 14-də hər gün 6 olmaqla, 12 təqdimat keçiriləcək. İştirakçılara sertifikatlar veriləcək.

Giriş üçün bir günlük biletin qiyməti tələbələr üçün 12 AZN, qeyri-tələbələr üçün isə 18 AZN təşkil edir. Biletləri MilliÖn ödəmə nöqtələrindən əldə etmək mümkündür.

Yerlər məhdud olduğundan yalnız qeydiyyatdan keçən şəxslər içəri buraxılacaq. Tədbir müddətində nahar fasiləsi və coffee break nəzərdə tutulub. Tədbir Avropa-Azərbaycan Məktəbinin Badamdar korpusunda baş tutacaq. Tədbir keçirilən məkanda müxtəlif elmi və texnoloji demolar nümayişi etdiriləcəklər.

Daha ətraflı məlumatı buradan əldə etmək olar.


Teqlər: Elm  





Xəbər lenti