Polşada müəllimlər kütləvi etiraza qalxıb

Polşada müəllimlər kütləvi etiraza qalxıb
  08 Aprel 2019    Oxunub:1506
Polşada müəllimlər hökumətin təhsil işçilərinə münasibətdə sərgilədiyi laqeydliyə etiraz əlaməti olaraq müddətsiz tətil elan ediblər.
Azvision.az xəbər verir ki, bu gün Polşanın əksər məktəblərində müəllimlər işə çıxmayıblar. Onlar əmək şəraitlərinin yaxşılaşdırılmasını, dərs yükünün azaldılmasını və ən əsası da, aylıq maaşlarının 1000 zlotıyadək (təqribən 263 ABŞ dolları) artırılmasını tələb edirlər.

Etiraz tətilinin təkcə paytaxt Varşavada 200 min uşağın tədris prosesinə təsir edəcəyi bildirilir. Müəllimlərin tətil aksiyası nəticəsində bu gün 150-dən çox uşaq bağçası, 100 ibtidai məktəb və 30 lisey tamamilə bağlanacaq.

Müəllimlərin kütləvi etirazı nəticəsində aprelin 10-dan etibarən Polşa məktəblərində keçirilməsi nəzərdə tutulan ümumi imtahanların taleyi təhlükə altındadır.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Polşa   Aksiya  





Xəbər lenti