Həbsxanaya telefon keçirmək istədi

Həbsxanaya telefon keçirmək istədi
  08 Aprel 2019    Oxunub:2272
Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 8 saylı Cəzaçəkmə Müəssisəsinə qadağan olunmuş əşyanın keçirilməsi cəhdinin qarşısı alınıb.
Xidmətdən Azvision.az -a verilən məlumata görə, Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsinə əsasən 19 il müddətinə azadlıqdan məhrum edilən və 8 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən məhkum Babayev Eldar Fərhad oğlu ilə qısamüddətli görüşə gəlmiş bacısı oğlu Tanrıverdiyev Ehtiyat Arif oğlunun gətirdiyi sovqata baxış keçirilən zaman “Turçinka” yağının içərisində xüsusi üsulla gizlədilmiş iki plastik qabın arasından daxilində danışıq kartı olan bir ədəd “İphone 4s” markalı mobil telefon aparatı və bir ədəd USB şunur aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Azvision.az


Teqlər: Həbsxana  





Xəbər lenti