Türkiyə prezidentindən Netanyahuya sərt cavab

  08 Aprel 2019    Oxunub : 1269
Türkiyə prezidentindən Netanyahuya sərt cavab
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin baş naziri Binyamin Netanyahunun İordan çayının qərb sahili ilə bağlı verdiyi bəyanatı sərt şəkildə qınayıb.
Azvision.az xəbər verir ki, Ərdoğan Türkiyə-Rusiya Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının 8-ci iclasında iştirak etmək üçün Moskvaya yollanmazdan əvvəl Atatürk hava limanında jurnalistlərə verdiyi açıqlamada İsrailin işğalçılıq siyasətini tənqid edib.

“Netanyahunun etdiyi hər şey beynəlxalq hüquqa ziddir. İordan çayının qərb sahili qəti olaraq fələstinlilərin torpaqlarıdır. Əgər Netanyahu bu əraziləri də birləşdirsə, onda bu, İsrail tərəfindən edilən növbəti işğalçılıq tədbiri olacaq. Bu məsələdə Türkiyə Fələstinin yanındadır” – Ərdoğan bəyan edib.

Qeyd eədk ki, Netanyahu sabahkı seçkilərdə qələbə qazanacağı təqdirdə, İordan çayının qərb sahilindəki İsrail qəsəbələrini də ilhaq edəcəyini bildirib.

Leyla Elbrusqızı
Azvision.az

Teqlər: Türkiyə   Fələstin   İsrail