İrəvanda etiraz aksiyası: “Nikolu tələb edirik!” - (FOTOLAR)

  08 Aprel 2019    Oxunub : 1573
İrəvanda etiraz aksiyası: “Nikolu tələb edirik!” - (FOTOLAR)
Bu gün səhər saatlarından etibarən İrəvanın ümumi yurisdiksiya məhkəməsinin binası önündə “Spayka” şirkətinin 500-dən çox əməkdaşı etiraz aksiyası keçirir.

Azvision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, etirazçılar “Spayka” şirkətinin direktoru David Kazaryanın sərbəst buraxılmasını və Ermənistanın baş naziri Nikol Paşinyanla görüş tələb edirlər.
“Nikolu tələb edirik!”, “Ermənistanda ədalət yoxdur!”, “Günahsız insanları həbs etməyin!” şüarları səsləndirən etirazçılar bəyan ediblər ki, baş nazir onlarla görüşə gəlməyənədək məhkəmə binasının önünü tərk etməyəcək və aksiyanı davam etdirəcəklər. Hazırda məhkəmə binası ətrafına çoxsaylı polis qüvvələri cəlb olunub.

Qeyd edək ki, İrəvanın ümumi yurisdiksiya məhkəməsi Ermənistanın Dövlət Gəlirləri Komitəsinin istintaq idarəsinin şikayətini təmin edərək, “Spayka” şirkətinin direktoru David Kazaryan barəsində 2 aylıq həbs qətimkan qərarı çıxarıb. Kazaryan vergidən yayınmaqda ittiham olunur.





Leyla Elbrusqızı
Azvision.az

Teqlər: Ermənistan   Aksiya