Rezidenturaya qəbul imtahanının birinci mərhələsi keçirilib

Rezidenturaya qəbul imtahanının birinci mərhələsi keçirilib
  07 Aprel 2019    Oxunub:2479
Dövlət İmtahan Mərkəzi aprelin 7-də baza ali tibb təhsili əsasında həkim-mütəxəssislərin hazırlanması məqsədilə rezidenturaya qəbul imtahanının birinci mərhələsini keçirib.
Azvision.az xəbər verir ki, imtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, imtahanın keçirildiyi binalarla müntəzəm əlaqə saxlanılıb və imtahan prosesinin gedişi nəzarətə götürülüb.

Aprelin 8-dən etibarən imtahan protokollarının və cavab kartlarının emalı aparılacaq. Nəticələrin yaxın 2-3 gün ərzində elan edilməsi nəzərdə tutulur.

Qeyd edək ki, rezidenturaya qəbul imtahanının birinci mərhələsi (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi) ilə əlaqədar namizədlərin müraciətlərinə baxılması üçün Apellyasiya Komissiyası yaradılıb. Komissiya Nəsimi rayonu, A. Salamzadə küçəsi, 28 ünvanında (keçmiş Bakı Asiya Universitetinin binası) fəaliyyət göstərəcək. Namizədlər Apellyasiya Komissiyasına aprelin 8-10-da saat 10:00-dan 17:00-dək şəxsiyyəti təsdiqləyən sənədin əslini və surətini təqdim etməklə şəxsən müraciət edə bilərlər.

Azvision.az



Teqlər: Rezidentura   İmtahan  





Xəbər lenti