Tbilisidə partlayış olub, yaralılar var

   Tbilisidə partlayış olub,  yaralılar var
  07 Aprel 2019    Oxunub:2966
Gürcüstanın paytaxtı Tbilisidə partlayış olub.
Azvision.az xəbər verir ki, hadisə yaşayış binalarının birində baş verib. Partlayış zamanı 4 nəfər xəsarət alıb. Həmin şəxslər xəstəxanaya yerləşdirilib. Onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.

İlkin ehtimala görə, partlayışa qaz sızması səbəb olub. Əraziyə xilasedicilər və təcili tibbi yardım briqadaları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Azvision.az



Teqlər: Tbilisi   Partlayış  





Xəbər lenti