Keçmiş məhkumlar yenidən cinayət törədib

Keçmiş məhkumlar yenidən cinayət törədib
  06 Aprel 2019    Oxunub:3274
Sabunçu RPİ 14-cü PB-nin əməkdaşları tərəfindən aprelin 5-də Bilgəh qəsəbəsindəki evlərin birindən mobil telefon və noutbuk oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər də oğurluq etdiyinə görə məhkum olunan E.Babayev saxlanılıb.
DİN-nin Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Xətai RPİ 35-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində martın 19-da rayon ərazisindəki 2 evdən məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər oğurluq və xuliqanlıq etdiyinə görə məhkum olunan T.Hüseynov saxlanılıb.

Eyni zamanda əldə edilən məlumat əsasında Salyan RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş F.Nəcəfovdan 445 qram marixuana götürülüb.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti