Masallı sakini arvadını qətlə yetirib

   Masallı sakini arvadını qətlə yetirib
  06 Aprel 2019    Oxunub:3904
Aprelin 5-də Masallı rayon sakini, əvvəllər narkotik istifadə etdiyinə görə məhkum olunmuş N.Şəbiyev N.Nərimanov küçəsindəki evində ailə-məişət münaqişəsi zəminində arvadı Günaya bıçaqla xəsarət yetirib.
DİN-nin Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, xəstəxanaya yerləşdirilən G.Şəbiyeva orada ölüb.

Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri ilə N.Şəbiyev tutulub.

Azvision.az


Teqlər: DİN   qətl  





Xəbər lenti