10 milyonuncu vətəndaşın anası müəllim, atası polisdir

  10 milyonuncu vətəndaşın anası müəllim, atası polisdir
  06 Aprel 2019    Oxunub:8551
Xəbər verdiyimiz kimi, aprelin 6-da saat 03:30-da Azərbaycanın 10 milyonuncu sakini doğulub.

Bakı şəhərində dünyaya gələn qız uşağının valideynləri keçmiş Ağdərə rayonu sakini, hazırda Ağdam rayonunun Baş Güneytəpə kəndində qeydiyyatda olan məcburi köçkün Ocaqova Nigar Çərkəz qızı və Həsənov Rauf Yunis oğludur.
Azvision.az -ın əldə etdiyi məlumata görə, ailə Bakının Sulutəpə qəsəbəsində yaşayır. 10 milyonuncu vətəndaşın anası Nigar Ocaqova orta məktəbdə müəllim işləyir. Onun həyat yoldaşı Rauf Həsənov isə polis serjantıdır. Bu, onların ilk övladlarıdır.

Qeyd edək ki, 10 milyonuncu vətəndaşın dünyaya gəlməsi münasibətilə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Azərbaycan xalqını və körpənin valideynlərini təbrik ediblər.

Anar Kəlbiyev
Azvision.az



Teqlər: Vətəndaş   Polis   Müəllim  





Xəbər lenti