Ərdoğan Qərbə demokratiya dərsi keçdi

   Ərdoğan Qərbə demokratiya dərsi keçdi
  05 Aprel 2019    Oxunub:2251
Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Qərb ölkələrini “Türkiyənin daxili işlərinə qarışmamağa” və 31 martda keçirilən bələdiyyə seçkiləri mövzusunda “manipulyasiyaya cəhd etməməyə” çağırıb.
Azvision.az xəbər verir ki, Ərdoğan bunu martın 31-də keçirilən bələdiyyə seçkilərinin İstanbuldakı nəticələrinə görə səsləndirilən etirazlarla bağlı ilk dəfə jurnalistlərə verdiyi açıqlamasında deyib. Bildirib ki, bələdiyyə seçkilərində seçici fəallığı 83% təşkil edib və bu “bütün dünya üçün demokratiya dərsidir”.

Ərdoğanın sözlərinə görə, seçkilərdə hakim Ədalət və İnkişaf Partiyasına (AKP) qarşı mübarizə aparan və 4 siyasi partiyanın daxil olduğu müxalif siyasi blok heç ümumilikdə 47% səs yığa bilməyib.

“Türkiyə vətəndaşları bunu bilirlər və ABŞ və Avropadaklıar da bunu nəzərə almalıdırlar. Türkiyənin daxili işlərinə qarışmaq cəhdləri yolverilməzdir. Həddinizi bilin. Qərb öz hərəkətlərinə görə məsuliyyət daşımalıdır” – Ərdoğan vurğulayıb.

Türkiyə prezidenti onu da bildirib ki, 31 mart bələdiyyə seçkiləri ilə bağlı yekun qərarı Ali Seçki Komissiyası (ASK) verəcək: “ASK məhkəmə prosesinin bir növ patronudur. Yekun qərar oradan çıxacaq”.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Türkiyə   ABŞ  





Xəbər lenti