"Diqlas"da zərər çəkməmiş malların inventarlaşdırılmasına başlanılacaq

  05 Aprel 2019    Oxunub : 1626
"Diqlas"da zərər çəkməmiş malların inventarlaşdırılmasına başlanılacaq
Sabahdan etibarən “Diqlas” ticarət mərkəzinin yanğından zərər çəkməmiş anbarlarında malların inventarlaşdırılması başlanılacaq. Qısa müddətdə malların uçotu aparılacaq, ziyanın dəqiq məbləği müəyyənləşəndən sonra qalan hissəsi sahibkarlara ödəniləcək.
Azvision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında iqtisadiyyat naziri Şahin Mustafayev deyib.

Onun sözlərinə görə, dəymiş ziyanın tam məbləği araşdırılandan sonra sahibkarlara ödənilmiş maddi yardım nəzərə alınacaq:

"Yəni ödənilmiş məbləğlər maddi ziyanın hesabına aid olacaq".

Qeyd edək ki, martın 26-da Nizami rayonunda yerləşən "Diqlas" Ticarət Mərkəzində güclü yanğın baş verib. Hadisə nəticəsində ticarət mərkəzi ilə yanaşı bir sıra mağazalar yanaraq külə dönüb.

Aytən Zəhra
Azvision.az

Teqlər: Nazir   Şahin-Mustafayev