Pentaqon Türkiyə ilə əməkdaşlıqdan imtina etdi

   Pentaqon Türkiyə ilə əməkdaşlıqdan imtina etdi
  05 Aprel 2019    Oxunub:2970
Pentaqon Ankaranın Rusiyadan “S-400” zenit-raket komplekslərini alması ilə əlaqədar Türkiyə ilə birgə işçi qrupu yaratmaq təklifini nəzərdən keçirməyəcək. Azvision.az “Reuters”ə istinadən xəbər verir ki, bunu Pentaqonun rəsmisi Erik Pahon bəyan edib.
“İndiki mərhələdə texniki işçi qrupun yaradılmasına ehtiyac yoxdur” - Pahon vurğulayıb.

Qeyd edək ki, 3 apreldə Vaşinqtona səfərində Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “S-400”lərin NATO-nun ümumi müdafiə sisteminə və ABŞ-ın “F-35” qırıcı təyyarələrinə təhdid yaratmayacağına əminlik üçün Ankaranın Vaşinqtona birgə işçi qrupu yaratmaq təklif etdiyini deyib və vurğulayıb ki, Türkiyə rus komplekslərindən imtina etməyəcək.

Daha sonra ABŞ-ın vitse-prezidenti Mayk Pens isə Ankaranı NATO ilə Rusiya arasında seçim etməyə çağırıb.

Leyla Elbrusqızı
Azvision.az


Teqlər: Türkiyə   Rusiya   ABŞ  





Xəbər lenti