Auditlər zamanı 714 halda nöqsan aşkarlanıb

 Auditlər zamanı 714 halda nöqsan aşkarlanıb
  05 Aprel 2019    Oxunub:2613
Hesablama Palatası 2018-ci ildə 58 nəzarət tədbiri barədə qərar qəbul edib, bunların 5-i analitik təhlil, 53-ü audit formasında həyata keçirilib.
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Hesablama Palatasının 2018-ci ildə fəaliyyəti haqqında hesabatın müzakirəsi zamanı qurumun sədri Vüqar Gülməmmədov deyib. O, bildirib ki, audit yoxlamaları 9,3 milyard manat vəsaiti əhatə edib.

“Auditlərin 38-i Bakıda, 2-si xarici ölkələrdə yerləşən səfirliklərdə, digərləri isə regionlarda aparılıb. Auditlər zamanı 714 halda nöqsan aşkarlanıb. Bunların içərisində büdcə qanunvericilyinin pozulması, mühasibat uçotu və dövlət satınalmaları ilə bağlı nöqsanlar daha çox olub. O cümlədən sosial müdafiə sahəsində də nöqsanlar aşkarlanıb”.

Anar Kəlbiyev
Azvision.az



Teqlər: palata   Nöqsan   Yoxlama   Audit  





Xəbər lenti