Zaxarova: “Tonoyanın bəyanatını şərh etmək mənasızdır”
Azvision.az xəbər verir ki, Rusiya XİN-in sözçüsü Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə belə deyib.
“Əlbəttə ki, nizamlanma prosesində prioritet münaqişə tərəflərinin (Ermənistan və Azərbaycan) qarşılıqlı razılaşmalarına verilir. Əgər hansısa məsələlər üzrə tərəflərin mövqeləri yaxınlaşırsa, biz bunu təqdir edirik və əgər bu işdə vasitəçilərin köməyinə ehtiyac varsa, onda sözsüz ki, Minsk qrupunun həmsədri olaraq üzərimizə götürdüyümüz öhdəliklər çərçivəsində bunu etməyə hazırıq. Rusiya nizamlanmaya yardım edir və bu istiqamətdə təmasları dəstəkləyir. Bu mənada, düşünürəm ki, konkret bəyanatı (Tonoyanın) şərh etmək mənasızdır” - Zaxarova vurğulayıb.
Leyla Elbrusqızı
Azvision.az
Teqlər: