ABŞ Ukraynanın yeni prezidenti ilə əməkdaşlıq edəcək

   ABŞ Ukraynanın yeni prezidenti ilə əməkdaşlıq edəcək
  04 Aprel 2019    Oxunub:2385
Seçkilərdə kimin qələbə qazanmasından asılı olmayaraq, ABŞ Ukraynanın yeni prezidenti ilə əməkdaşlıq edəcək.
Azvision.az xəbər verir ki, bunu ABŞ-ın Ukrayna üzrə xüsusi nümayəndəsi Kurt Volker bəyan edib.

“Biz, Ukraynada hakimiyyətə gələcək istənilən rəhbərliklə işləyəcəyik. Əvvəlki 25 illə müqayisədə Ukrayna son 2 ildə daha çox iş görüb. Amma işin çox hissəsi hələ qarşıdadır” – Volker vurğulayıb.

Qeyd edək ki, Ukrayna MSK-nin nəticələrinə əsasən, 31 martda keçirilən prezident seçkilərinin birinci turunda Vladimir Zelenski 30,24% səslə lider olub. Ölkənin hazırkı prezidenti Pyotr Poroşenko isə cəmi 15,95% səsi yığa bilib. Ukraynada prezident seçkilərinin ikinci turu aprelin 21-də keçiriləcək.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Ukrayna   ABŞ  





Xəbər lenti