ABŞ: “Müttəfiqlərimizin müdafiəsini təmin edə bilmərik”
“Almaniya daha çox şey etməlidir. Əgər müttəfiqlərimiz Rusiyadan asılı olacaqlarsa, onda biz Qərbin müdafiəsini təmin edə bilməyəcəyik” – Pens vurğulayıb.
ABŞ-ın vitse-prezidenti onu da bildirib ki, Vaşinqton Almaniyanın Rusiya ilə “Şimal axını 2” layihəsini həyata keçirməsindən narazıdır: “Əgər Almaniya “Şimal axını 2” qaz boru kəmərinin tikintisini davam etdirəcəksə, onda prezident trampın da dediyi kimi, Almaniya iqtisadiyyatını Rusiyanın əsirinə çevirəcək”.
Pens əlavə edib ki, Rusiyaya münasibətdə avropalıların təhlükəsizlik məsələsindəki laqeydliklərinə baxmayaraq, “ABŞ həmişə Avropanın ən böyük müttəfiqi olacaq”.
Leyla Elbrusqızı
Azvision.az
Teqlər: Avropa Rusiya ABŞ NATO