Nur-Sultandakı növbəti Suriya sammitinin vaxtı açıqlandı

Nur-Sultandakı növbəti Suriya sammitinin vaxtı açıqlandı
  04 Aprel 2019    Oxunub:1836
Suriyada siyasi nizamlanmaya nail olunması istiqamətində qarant ölkələrin – Rusiya, Türkiyə, İranın və eləcə də, Suriya hökuməti ilə müxalifət nümayəndələrinin, həmçinin, BMT rəsmisinin iştirakı ilə növbəti Nur-Sultan (Astana) danışıqları 25-26 apreldə keçiriləcək.
Azvision.az xəbər verir ki, bu barədə Qazaxıstan xarici işlər nazirinin müavini Muxtar Tleuberdi bildirib.

“Bizə hələ dəqiq rəsmi müraciət gəlməyib, amma daxil olan ilkin məlumata əsasən, danışıqlar 25-26 apreldə baş tutacaq” – Tleuberdi vurğulayıb.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Suriya   Nur-Sultan   Rusiya  





Xəbər lenti