Piyadanı öldürüb qaçan sürücü tapıldı

Piyadanı öldürüb qaçan sürücü tapıldı
  04 Aprel 2019    Oxunub:1625
Martın 31-də saat 23 radələrində Qaradağ rayonunun Ələt qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən Ümid qəsəbə sakini Əfsanə Qurbanova vurulub və nəticədə piyada hadisə yerində ölüb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Baş İstintaq və Təhqiqat, Baş Cinayət Axtarışı və Baş Dövlət Yol Polisi idarələri əməkdaşlarının birgə keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “KamAZ” markalı avtomobillə törədilməsi müəyyən edilib.

Görülmüş tədbirlərlə yol qəzasını törədərək hadisə yerindən yayınan həmin nəqliyyat vasitəsini idarə edən Daşkəsən rayon sakini M.Sadıqov saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb.

Azvision.az


Teqlər: DİN   Qəza  





Xəbər lenti