ABŞ Konqressinin Nümayəndələr Palatasının gəlirlər və məsrəflər komitəsinin sədri, demokratların təmsilçisi Riçard Nil rəsmi şəkildə prezident Donald Trampa müraciət edərək, onun son 6 il ərzindəki vergi bəyannamələrini tələb edib.
Azvision.az “CNN”ə istinadən xəbər verir ki, konqressmen təkcə Trampdan yox, eləcə də onunla bağlı 8 şirkətin də 2013-2018-ci illər ərzindəki vergi ödəmələri barədə məlumatlarını təqdim etmələrini istəyib.
Tramp isə bəyan edib ki, audit yoxlaması altında olduğu müddətdə öz vergi məlumatlarını Konqressə təqdim etmək niyyəti yoxdur.