Polis quldurluq edən şəxsləri saxladı

Polis quldurluq edən şəxsləri saxladı
  03 Aprel 2019    Oxunub:2655
Səbail RPİ-nin 8-ci Polis Bölməsinə müraciət edən Ağcabədi rayon sakini P.Rüstəmov aprelin 1-də saat 1 radələrində Salyan yolu küçəsində yerləşən parkda 2 nəfərin onu bıçaqla hədələyib döyərək pul verməsini tələb etdiklərini, pulu olmadığından çıxıb getdiklərini bildirb.
DİN Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalar aparılıb.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Zəngilan rayon sakini E.Əlifli qısa müddətdə polis əməkdaşları tərəfindən saxlanılıb, digər bir nəfərin isə şəxsiyyəti müəyyən edilib. Əməliyyat-axtarış tədbirləri aparılır.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti