Aİ Liviyaya 6 milyon avro ayırdı

Aİ Liviyaya 6 milyon avro ayırdı
  03 Aprel 2019    Oxunub:2607
Avropa İttifaqı (Aİ) uzun illərdir ki hərbi münaqişədən və qeyri-sabitlikdən əziyyət çəkən Liviyaya 6 milyon avro dəyərində humanitar yardım göstərəcək.
Azvision.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının yaydığı press-relizdə deyilir. Qeyd olunur ki, ayrılacaq yeni humanitar paket ehtiyac içərisində olan liviyalıların qida və içməli su ilə təminatına, fövqəladə vəziyyətlərdə özlərini aparmaq qaydalarına və ilkin tibbi yardım biliklərinə yiyələnmələrinə imkan yaradacaq.

2018-2019-cu illərdə Liviyaya ayrılan humanitar yardımın ümumi məbləği 15 milyon avroya çatacaq.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər:





Xəbər lenti