Filippində restoranda partlayış olub - 18 yaralı

Filippində restoranda partlayış olub -   18 yaralı
  03 Aprel 2019    Oxunub:1677
Filippinin Sultan-Kudarat əyalətinin İsulan şəhərində yerləşən restoranda baş verən partlayış nəticəsində azı 18 nəfər yaralanıb.
Azvision.az xəbər verir ki, bu barədə “Rappler” portalı Filippin polisinə istinadən məlumat yayıb.

Xəsarət alanlar arasında 6 uşaq və bir hamilə qadının olduğu bildirilir. Onların hamısı xəstəxanaya yerləşdirilsə də, vəziyyətləri barədə məlumat yoxdur.

Hazırda hadisə yerinə çoxsaylı təhlükəsizlik qüvvələri cəlb olunub. İlkin ehtimala görə, partlayışa səbəb kustar üsulla hazırlanan partlayıcı qurğunun işə düşməsidir.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Restoran   Partlayış  





Xəbər lenti