İkinci "Brexit" referendumu üçün bir il lazımdır

İkinci "Brexit" referendumu üçün bir il lazımdır
  03 Aprel 2019    Oxunub:1988
Böyük Britaniyanın Avropa İttifaqından (Aİ) ayrılmasına, yəni “Brexit”ə dair potensial ikinci referendumun keçirilməsi üçün zəruri olan qanunvericiliyin hazırlanması proseduru bir il vaxt aparacaq.
Azvision.az “Reuters”ə istinadən xəbər verir ki, bunu Britaniyanın “Brexit” məsələləri üzrə naziri Stiven Barkli parlament komitəsində çıxışında deyib.

““Brexit”lə bağlı yeni referendum keçirilməsinin biznesə tükürpədici təsiri olacaq. Düşünürəm ki, ikinci dəfə referendum keçirmək üçün qanunvericiliyin hazırlanması təqribən 12 ay çəkəcək”, – deyə britaniyalı nazir vurğulayıb.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Brexit   Britaniya   Avropaİttifaqı  





Xəbər lenti