Qazaxıstan Xəzər dənizi ilə bağlı müqaviləni təsdiqlədi
“Xəzəryanı ölkələrin hərbi gəmilərinin və təyyarələrinin hərəkəti tərəflərin suveren və müstəsna hüquqlarına zərər vurmadan bu müqavilənin müddəalarına uyğun şəkildə həyata keçirilməli və tərəflərin öz suveren və müstəsna hüquqlarını həyata keçirdikləri zaman əsassız maneələrə səbəb olmamalıdır”, – Məclisin beynəlxalq münasibətlər, müdafiə və təhlükəsizlik komitəsinin bəyanatında bildirilir.
Qeyd edək ki, Xəzər dənizində insidentlərin qarşısının alınması haqqında müqavilə 2018-ci ilin 12 avqustunda Aktauda keçirilən Xəzəryanı ölkələrin dövlət başçılarının V Zirvə toplantısında Xəzər dənizinin hüquqi statusuna dair yekun Konvensiya ilə birgə imzalanıb. Sənəd sahilyanı dövlətlərin - Rusiya, Azərbaycan, Qazaxıstan, İran və Türkmənistanın Xəzər dənizindəki ərazi sularından kənarda üzən hərbi gəmilərinə və həmin ərazi üzərindəki hava məkanında uçan təyyarələrinə münasibətdə tətbiq olunur.
Leyla Elbrusqızı
Azvision.az
Teqlər: Xəzər Qazaxıstan