İran Azərbaycana kartof-soğan satışını dayandırır

 İran Azərbaycana kartof-soğan satışını dayandırır
  03 Aprel 2019    Oxunub:4274
Qonşu İran sabahdan kartof-soğan ixracına qadağa qoyacaq.
Azvision.az xəbər verir ki, bunu kənd təsərrüfatı məsələləri üzrə ekspert Nicat Nəsirli deyib. Ekspert bildirib ki, İran il ərzində Azərbaycanın kənd təsərrüfatı bazarını formalaşdıran əsas ölkələrdən biridir.

“İl ərzindən bu ölkədən Azərbaycana 50 min ton kartof idxal olunur. Azərbaycanın soğan bazarının formalaşmasında İran rol oynamır, digər məhsullar üzrə dominantlıq edir. İlkin yaz dövründə İranın belə bir qərara verməsi, qiymətlərə ciddi təsir göstərməyəcək. Ona görə ki, artıq faraş soğan və kartofun çıxmasına az qalıb. Təxminən iki həftə sonra bu məhsulların istehsalı başlayacaq. Bu, ilk növbədə qiymətlərin sabitləşməsinə təsir göstərəcək. Digər tərəfdən, iki həftə ərzindən İrandan Azərbaycana nə kartofun, nə də soğanın gəlməsinə inanıram. Çünki ölkədə kifayət qədər rezervlər var idi”.



N.Nəsirli qeyd edib ki, İran qadağanı ilin sonuna qədər qüvvədə saxlayarsa, Azərbaycan bunun təsirini payız-qış mövsümündə hiss edəcək.

“İnanmıram ki, İran sözügedən qadağanı uzunmüddətli etsin. Çünki İran embarqoda yaşayan ölkədir, həm də böyük həcmdə istehsalı var. Əgər İran qadağanı daimi olaraq saxlasa, təbii ki, biz bunun təsirini daha çox kartofda hiss edəcəyik. Ola bilsin ki, ilin sonuna doğru, əsasən də payızlıq soğan, kartof istehsalı vaxtı İran bu qadağanı aradan qaldırsın. İranın aidiyyatı qurumları etiraf edirlər ki, bu il onlarda da iqlim amilləri kifayət qədər əlverişsiz olub. Bu da məhsuldarlığın aşağı düşməsinə təsir göstərib. Faraş kartof və soğanın çıxdığı bir dövrdə təbii ki, daxili bazarı qorumağa çalışırlar. Son illər baş verən təbii fəlakətlər və əlverişsiz iqlim şəraiti ümumi istehsalda geriləmələrin olduğunu deməyə əsas verir. İran daha çox embarqoda yaşayan bir ölkədir, daxili bazarı və tələbatı ödəməyə çalışır. Bu embarqoya səbəb olan ən ciddi amil, İranın ərzaqla bağlı öz təminatını 100 faiz həcmdə təmin etməsi ilə bağlıdır. Bu isə daxili bazarın qorunma intervensiyası baxımından çox normalıdır”.

Azvision.az


Teqlər: Ekspert   Kənd-təsərrüfatı  





Xəbər lenti