Nəticələr açıqlandı: Timoşenko ikinci tura keçə bilmədi

  Nəticələr açıqlandı:  Timoşenko ikinci tura keçə bilmədi
  02 Aprel 2019    Oxunub:3007
Ukrayna Mərkəzi Seçki Komissiyası (MSK) bu gecə 31 martda keçirilən prezident seçkilərinin birinci turundakı səsvermə bülletenlərinin 97,75%-ni hesablayıb.

Azvision.az “Unian”a istinadən xəbər verir ki, səslərin hesablanması nəticəsində şoumen Vladimir Zelenski 30,26%-lə liderliyini qoruyub saxlayıb.
Ukraynanın hazırkı prezidenti Pyotr Poroşenko 15,92%, “Batkivşina” partiyasının rəhbəri Yuliya Timoşenko isə 13,38% səs toplayıb. Bununla da, Timoşenkonun ikinci turda iştirak edə bilməyəcəyi dəqiqləşib.

Bundan əvvəl MSK sədri Tatyana Slipaçuk bildirmişdi ki, heç bir namizəd seçicilərin səs çoxluğunu qazana bilmədiyindən Ukraynada prezident seçkilərinin ikinci turu keçiriləcək. Ölkə qanunvericiliyinə əsasən, Ukraynada prezident seçkilərinin ikinci turu aprelin 21-də keçiriləcək.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Ukrayna   Seçki  





Xəbər lenti