30 yaşlı polis zabiti faciəli şəkildə həlak olub - VİDEO

  30 yaşlı polis zabiti faciəli şəkildə həlak olub -    VİDEO
  02 Aprel 2019    Oxunub:5049
Yardımlıda polis zabiti qəzaya düşərək ölüb.
Hadisə ötən gün gecə saatlarında Yardımlı rayonunun ən ucqar dağ kəndlərindən biri olan Osnakəran kəndində baş verib.

Belə ki, Yardımlı Rayon Polis Şöbəsinin cinayət-axtarış bölməsinin müvəkkili, baş leytenant, 30 yaşlı Şahin Nəsirov xidməti avtomobilində hərəkətdə olarkən qəfildən idarəetməni itirərək dərəyə yuvarlanıb. Nəticədə avtomobildə tək olan Şahin Nəsirov aldığı ağır xəsarətlərdən yerindəcə keçinib.

Yol-nəqliyyat hadisəsinə səbəb kimi həmin yolun qar yağması nəticəsində sürüşkən olması göstərilir. Faktla bağlı araşdırma aparılır. (Xəzər TV)



Azvision.az



Teqlər: Polis   Qəza  





Xəbər lenti