“Rəqibim 25 min artıq səs toplayıb” - Binəli Yıldırım

 “Rəqibim 25 min artıq səs toplayıb” -    Binəli Yıldırım
  01 Aprel 2019    Oxunub:6543
“Şübhəsiz ki, Ali Seçki Komissiyası kimi qalib elan edərsə, bələdiyyə sədri həmin şəxs olacaq”.

AzVision.az xəbər verir ki, bunu Ədalət və İnkişaf partiyasının (AKP) İstanbul bələdiyyəsi sədrliyinə namizədi Binəli Yıldırım jurnalistlərə açıqlamasında deyib.
B.Yıldırım qeyd edib ki, rəqibi ondan 25 min artıq səs toplayıb: “Təbrik etməyi bacarırıq. Amma proses davam edir. Rəqib namizəd 25 min artıq səs toplayıb. Lakin etibarsız hesab edilən səslərin sayı aradakı fərqdən artıqdır. Həyatım boyu millətimə xidmət etmək üçün səylər göstərdim və bundan sonra da hansı vəzifədə olmağından asılı olmayaraq, eyni şəkildə ölkəmə, millətimə xidmət etməyə davam edəcəyəm".

B.Yıldırım ona səs verən vətəndaşlara təşəkkürünü bildirib: "İstanbullu söyləyəcəyini söyləyib. Səs verən, verməyən istanbullulara təşəkkür edirəm. Nəticə İstanbullunun seçimidir. Səs verən istanbulludur. Onların seçimi başımızın, gözümüzün üstündədir".

Qeyd edək ki, ötən gün Türkiyədə növbəti bələdiyyə seçkiləri keçirilib. İstanbul meri uğruda gərgin mübarizədə CHP üzvü Ekrem İmamoğlu 48,79 faiz səslə rəqibi "Cümhur İttifaq"ının namizədi Binəli Yıldırımdan (48,51%) cüzi üstündür.

Kənan Məmmədov
AzVision.az


Teqlər: Türkiyə   Seçki  





Xəbər lenti