İki nəfəri avtobus vuraraq öldürüb

   İki nəfəri avtobus vuraraq öldürüb
  01 Aprel 2019    Oxunub:2668
Martın 31-də saat 15 radələrində metronun “28 May” stansiyasının yaxınlığında Masallı rayon sakini N.Həmidov 46 saylı xətt üzrə idarə etdiyi “Daewoo” markalı avtobusla yolu keçən Bakı şəhər sakini Şəhla Hacıyevanı vurub.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, nəticədə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.

Bundan başqa martın 31-də saat 14 radələrində Abşeron rayonunun Novxanı qəsəbəsi ərazisində Sumqayıt şəhər sakini M.Həsənov 585 saylı xətt üzrə idarə etdiyi “İsuzu” markalı avtobusla yolu keçən Saatlı rayon sakini Nail Sadıqovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb. Hər iki faktla bağlı araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN   Qəza  





Xəbər lenti