Türkiyədə seçki məntəqəsində atışma: 2 nəfər ölüb

   Türkiyədə seçki məntəqəsində atışma:    2 nəfər ölüb
  31 Mart 2019    Oxunub:3221
Türkiyənin Malatya bölgəsinin Pötürge qəsəbəsindəki seçki məntəqəsində silahlı insident baş verib.

Azvision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, səsvermə zamanı iki qrup arasında dava düşüb. Dava iştirakçılarından birinin açdığı atəş nəticəsində iki nəfər qətlə yetirilib.
Ölənlərin Hasan Aktaş və İlyas Aktaş adlı şəxslər olduğu müəyyən edilib. Ərazi polis tərəfindən nəzarətə götürülüb.

Qeyd edək ki, bu gün Türkiyədə növbəti bələdiyyə seçkiləri keçirilir.

Azvision.az



Teqlər: Türkiyə   Seçki  





Xəbər lenti