Sabunçu RPİ 42-ci Polis Bölməsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Nardaran qəsəbə sakini, əvvəllər məhkum olunan N.Əlizamanov saxlanılıb.
DİN Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, şəxsi axtarış zamanı ondan narkotik vasitə olan marixuana aşkar edilib. Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə onun yaşadığı evdən isə əlavə olaraq çəkisi 1 kiloqram 250 qram marixuana aşkar edilərək götürülüb. Faktla bağlı cinayət işi başlanıb.